DÜNYA

Erdoğandan Türkiyə Mərkəzi Bankının keçmiş sədri barədə kritik açıqlama
11 İYUL
146

Erdoğandan Türkiyə Mərkəzi Bankının keçmiş sədri barədə kritik açıqlama

2019-07-11 10:19:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın sədrinin vəzifəsindən azad edilməsi ilə bağlı yeni açıqlamalar verib. Fins.az "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, yeni idarəetmə sistemində Prezidentin Mərkəzi Banka müdaxiləsi səlahiyyəti də var: 

"Faiz hər cür pisliyin anasıdır. Mərkəzi Bankın əvvəlki sədri  verilən tapşırıqlara əməl etmirdi. Bu səbəbdən onun vəzifədən azad edilməsi lazım olduğuna inandıq. Bundan sonra faiz siyasətimizin necə formalaşacağını da görəcəksiniz. Faiz inflyasiyanın  anasıdır. Gezi hadisələrilə faiz birdən yüksəlməyə başlamış, cüt rəqəmlərə yüksəlmiş, inflyasiya da cüt rəqəmlərə qalxmışdır. İndi yenə də bunu tək rəqəmlərə salmaq məcburiyyətindəyik. Türkiyədəki bəzi sələmçilər bundan narahat olur. Qərarlıyıq, bu işi də bitirəcəyik.

Yeni idarəetmə sistemində Mərkəzi Banka sədr təyin etmək səlahiyyəti Prezidentə məxsusdur. İqtisadi siyasətlərində Mərkəzi Bank ondan gözlənilən rolu oynamış olsaydı buna ehtiyac olmazdı. Burada bir çıxılmaz vəziyyət var. Göz görə görə buna icazə vermək vəzifəmizi görməmək mənasına gəlirdi".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027