DÜNYA

Sobçak Putinin müdafiəsinə qalxdı - “Bu, hasarda “*****” sözünü yazıb sevinmək kimidir”
09 İYUL
171

Sobçak Putinin müdafiəsinə qalxdı - “Bu, hasarda “*****” sözünü yazıb sevinmək kimidir”

2019-07-09 10:48:00

Teleaparıcı Kseniya Sobçak, Gürcüstanın “Rustavi 2” telekanalının efirində jurnalist tərəfindən təhqir olunan, Rusiya prezidenti Vladimir Putinin müdafiəsinə qalxıb. Fins.az-ın məlumatına görəı, bu barədə məlumat  Teleqram kanalında yayımlanıb. Məlumatda bildirilir ki,Sobçak bildirib ki,Putin sizin xoşunuza gəlməyə bilər, amma Putini qeyri-etik təhqir edərək aşağılanmaq ağılsızlıq və çox güman ki, zəif mövqeyin göstəricisidir

Teleaparıcının fikrincə, Georgi Qabuniyanın addımı yeniyetmə oyununu xatırladır: “Bu, hasarda “*****” sözünü yazıb sevinmək kimidir”, - Sobçak qeyd edib.

Qeyd edək ki,  Qabuniya aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı qalmaqala səbəb olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır