DÜNYA

ABŞ-ın sanksiyaları İranın iqtisadi modelini necə dəyişir?
09 İYUL
81

ABŞ-ın sanksiyaları İranın iqtisadi modelini necə dəyişir?

2019-07-09 09:40:00

Fins.az-ın RBC-ya istinadən verdiyi məlumata görə, İranın birinci vitse-prezidenti Eshak Cahangiri  ölkədə struktur islahatlara ehtiyacın olduğunu bəyan edib. Onun sözlərinə görə, xarici təzyiqin artdığı və İran neftinin ixracına qoyulan baryerlər şəraitində dövlətin sağ qalmasını yalnız bu yolla təmin etmək olar. 

Tehrana qarşı ABŞ sanksiyaları bərpa edildikdən bəri keçən dövr ərzində İran iqtisadiyyatı son dərəcə çətin vəziyyətə düşüb. AB ölkələri nüvə sazişinin və İranla iqtisadi əlaqələrin saxlanılmasını vacib hesab edir. Ancaq bu bəyanatlar hələlik kağız üzərində qalmağa davam edir. 2019-cu ilin yazında ölkənin neft hasilatı ilə məşğul olan cənub-qərb bölgəsində baş verən dağıdıcı daşqın İran hökuimətinin problemlərini daha da artırıb.

İyunun sonunadək neft ixracının həcmi 0,4-0,5 milyon barelə enib və bu tendensiya davam edə bilər. Bu zaman cari ilin büdcəsi hazırlanarkən prezident Həsən Ruhaninin administrasiyası neft ixracının sutkada təxminən 1,5 milyon barel təşkil edəcəyini planlaşdırıb. Büdcə 47 milyard dollar təşkil edib, gəlirin 33%-nin məhz neft ixracından daxil olacağı gözlənilib.

İilin əvvəlində inflyasiya illik 40%-ə çatıb. Bu da onsuz da pis vəziyyətdə olan İran iqtisadiyyatına əlavə yük olub. Avadanlıq və xam mal idxalından asılı olan əsas sahələr – neft-kimya, avtomobil və tikinti sahəsi ötən il 50%-dən çox dəyər itirən milli valyutanın ucuzlaşmasından əziyyət çəkir. Neft sektorunun özündə də gələcək parlaq görünmür. Ümumilikdə İran iqtisadiyyatının bu il Ümumi Daxili Məhsulun 5%-ni itirəcəyi gözlənilir.

Milli Məclisin araşdırma mərkəzi bu yaxınlarda müəyyənləşdirib ki, ötən il güzəştli məzənnə ilə valyuta əldə edən idxalçılar ya qara bazara üz tutublar, ya da öz məhsullarının qiymətini azaldıblar. Hökumət şəhərlərdə istehlak qiymətlərində artımın qarşısını almaq üçün fermerlərdən məhsullarının alış qiymətini aşağı salmasını tələb edir. Yanacaq və elektrik enerjisinin satışına subsidiyalar davam edir. Yerli istehsal məhsullarının qiymətlərinin saxlanılması da ziyan vurur, İran müəssisələrinin istehsalı genişləndirmək həvəsi yox olur və daxili bazarda ixrac artımına və defisitin dərinləşməsinə səbəb olur. Quş əti, şəkər tozu, bəzi meyvələrə müvəqqəti qadağalar qaçaqmalçılığa şərait yaradır.

Yerli iqtisadiyyatın neftdən asılılığını azaltmaq məqsədilə yaradılan Milli İnkişaf Fondunu doldurmaq üçün ölkənin büdcəsində vəsait yoxdur. Fond artıq ehtiyatının bir hissəsini itirib. Həmin vəsait iqtisadi investisiyalara deyil, hərbi xərcləri ödəməyə və mövcud büdcə kəsirlərini qapamağa gedib. 

Dövlətin iqtisadi cinayətləri sərt şəkildə cəzalandırmaq cəhdləri də nəticəsiz qalır. Qara bazarda böyük gəlir əldə etmək mümkündür. Edam hökmü belə bunun qarşısını ala bilmir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269