DÜNYA

Bu ölkə də Avroya keçid edir
09 İYUL
113

Bu ölkə də Avroya keçid edir

2019-07-09 09:33:00

Avro Qrupunun sədri və Portuqaliyanın Maliyyə naziri Mario Centeno, Xorvatiyanın Avro pul vahidinə keçidin ilk mərhələsi olan Avropa Valyuta Məzənnəsi Mexanizminə qatılmaq üçün rəsmi müraciət etdiyini bildirib.

"Marja" xəbər verir ki, Centeno, Avro pul vahidini istifadə edən Avropa Birliyi (AB) üzvü olan 19 ölkənin maliyyə nazirlərinin Brüsseldə keçirdiyi Avro Qrupu toplantısının ardından mətbuata açıqlamalar verib.Xorvatiyanın Avropa Valyuta Məzənnəsi Mexanizminə və bank birliyinə ərizə ilə müraciət etdiyini bildirən Centeno, "Bu, Avro Zonasına qoşulmaq üçün atılması vacib olan ilk addımdır", - ifadəsini istifadə edib.

 

Centeno, Xorvatiyanın bank nəzarəti, korporativ idarəetmə və biznes dünyası üzrə müxtəlif öhdəlikləri olduğuna işarə edərək, iclasda nazirlərin Xorvatiyanın addımlarını razılıqla qarşıladığını vurğulayıb.Xorvatiyanın qərarlı şəkildə Avro Bölgəsinin bir hissəsi olmağa çalışdığına diqqəti çəkən Centeno, "Avro Bölgəsinin qarşıdakı illərdə böyüməyə davam edəcəyinə inanıram", - deyib. 

 

Bu mərhələdən sonra Avropa Mərkəzi Bankı və Avropa Komissiyası, Xorvatiyanın Avropa Valyuta Məzənnəsi Mexanizminə qatılmaq üçün götürdüyü öhdəliklərin necə həyata keçirildiyini yoxlayacaq. Təxminən bir il davam etməsi gözlənilən prosesin sonunda Xorvatiya ERM 2 mexanizminə qatılacaq. Xorvatiya, mexanizmdə ən az iki il gözlədikdən sonra Avro pul vahidinə keçəcək. 

Avropa Birliyinə 2013-cü ildə qoşulan Xorvatiyada pul vahidi olaraq "kuna" istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır