DÜNYA

Moskvadan Putinin təhqir olunmasına iki sözlük - Reaksiya
08 İYUL
438

Moskvadan Putinin təhqir olunmasına iki sözlük - Reaksiya

2019-07-08 19:16:00

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanda müxalif “Rustavi-2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı Giorgi Qabunianın monoloqunda Prezident Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlətməsinə münasibət bildirib.Fins.az-ın məlumatına  görə, Zaxarova qalmaqala reaksiyasında sadəcə iki sözdən istifadə edib.“Gürcülərin bədbəxtçiliyidir...”, - deyə qurum rəsmisi vurğulayıb.Xatırladaq ki, Gürcüstanın hökumət rəsmiləri baş vermiş hadisəni dövlət əleyhinə təxribat kimi qiymətləndiriblər. Kanal rəhbərliyi rəsmən üzr istəyib, əməkdaşlar müvəqqəti olaraq işi dayandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır