DÜNYA

Ruhani ABŞ-ın İrana qarşı sanksiyalarıyla bağlı kritik açıqlama verdi
07 İYUL
222

Ruhani ABŞ-ın İrana qarşı sanksiyalarıyla bağlı kritik açıqlama verdi

2019-07-07 09:47:00

İran Prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.Fins.az xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında Ruhani ABŞ-ın Tehrana qarşı tətbiq edtdiyi iqtisadi sanksiyaları "terror aktı" kimi qiymətləndirib."Bu iqtisadi müharibənin davamı regionda və dünyada digər təhlükələrə səbəb ola bilər", - deyə İran Prezidenti vurğulayıb.

“Report” xatırladır ki, iyunun 24-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı, Ali lider Ayətullah Əli Xameneini də nəzərdə tutan yeni sanksiyalara dair fərman imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027