DÜNYA

Valyuta məzənnələrinə təsir edən hesabat AÇIQLANDI
05 İYUL
124

Valyuta məzənnələrinə təsir edən hesabat AÇIQLANDI

2019-07-05 16:55:00

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq iyunda bütün proqnozlardan daha yüksək səviyyədən reallaşıb. Fins.az-ın məlumatına görə, Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq 224 min artıb, işsizlik nisbəti 3.7% olub.Fins.az proqnoz məşğulluğun İyunda 160 min artacağı, işsizliyin 3.6% olacağı istiqamətində idi.Orta saatlıq maaş aylıq 0.2%, illik 3.1% artaraq proqnozdan aşağı olub. Proqnozlar aylıq 0.3% illik 3.2% idi.Proqnozlardan güclü məşğulluq məlumatı Fed-in İyulda faiz endirəcəyi ehtimalını azalda bilər.Məlumatlar açıqlandıqdan sonra Dollar bahalaşıb. Avro/Dollar məzənnəsi 0,4% düşərək 1.1240 səviyyəsinə geriləyib (saat 16:40-a olan məlumat).Məşğulluq artımı ABŞ əmək bazarının sağlam qalmağa davam etdiyini göstərir. ABŞ-Çin ticarət gərginliyi və hədəfdən (2%) aşağı olan inflyasiyaya baxmayaraq iqtisadi inkişaf güclü qalır. Təxminlərdən güclü məşğulluq göstəricisi Fed-ə ünvanlanmış faiz endirimi çağırışlarını azalda bilər.

Bu gün ABŞ-da açıqlanan məşğulluq göstəriciləri Fed-in İyul ayındakı faiz qərarı üçün kritik əhəmiyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271