DÜNYA

İrandan Suriyaya xam neft daşıdığı iddia edilən tanker saxlanılıb
05 İYUL
80

İrandan Suriyaya xam neft daşıdığı iddia edilən tanker saxlanılıb

2019-07-05 11:13:00

Böyük Britaniya ordusuna bağlı qüvvələr, Avropa Birliyinin (AB) sanksiyalarını pozaraq İrandan Suriyaya xam neft daşıdığı iddia edilən bir tankeri Cəbəllütarix boğazında dayandırıb.

İngiltərəyə bağlı Cəbəllütarix muxtar respublikası rəhbərliyi verdiyi açıqlamada, Grace 1 adlı tankerin Suriyadakı Banyas neft emalı zavoduna xam neft daşıdığına dair etibarlı məlumatlar olduğunu bildirib.

Baş nazir Fabian Picardo, "Bu zavod Avropa Birliyinin Suriyaya qarşı sanksiyalarına daxil olan bir qurumun əmlakıdır" - deyib.

Marşrut məlumatlarına görə, Grace 1 Aralıq dənizinə Misirin Süveyş kanalından daha çox Afrika qitəsini cənubdan üzərək gəlib.

Reuters-ə görə 300 min tonluq tanker Sinqapurun IShips Management Pte Ltd şirkəti tərəfindən idarə olunur

Reuters-in əldə etdiyi məlumata görə, neft, tankerə İran sahillərində doldurulub, ancaq bir sənəddə neftin qonşu İraqdan gəldiyi bildirilir.

AB-nin Suriyaya qarşı sanksiyaları, 2011-ci ildə Bəşər Əsədin ölkə daxilində demokratiya tərəfdarı olan etirazlara müdaxilə etməsindən qısa bir müddət sonra qüvvəyə minmişdir. 

Böyük Britaniya hökuməti əməliyyatı məmnuniyyətlə qarşıladı.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271