DÜNYA

Donald Tramp ABŞ bayrağının Marsda ucaldılacağını söz verib
05 İYUL
65

Donald Tramp ABŞ bayrağının Marsda ucaldılacağını söz verib

2019-07-05 09:43:00

ABŞ prezidenti Donald Tramp söz verib ki, tezliklə Birləşmiş Ştatların astronavtları Marsa enəcək və ölkənin bayrağını bu planetdə ucaldacaqlar.

Qeyd edilir ki, Ağ Ev rəhbəri bu fikirlərini ölkənin Müstəqillik Günü ilə bağlı Avram Linkolnun xatirə kompleksinin qarşısındakı çıxışında bildirib. Dövlət başçısı bildirib ki, ABŞ mütləq həmin planetdə öz izini bayraq formasında qoyacaq. 

O, Amerika astronavtlarının Yerin təbii peykinə də uçuşlar təşkil edəcəklərini deyib. “Mən istəyirəm siz biləsiniz ki, biz tezliklə Aya qayıdacağıq, - deyə Tramp qeyd edib. 

Daha əvvəl məlum olub ki, Donald Tramp Əfqanıstandan qoşunların çıxarılmasından sonra kəşfiyyat qrupunu bu ölkədə saxlamaq niyyətindədir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027