DÜNYA

Dünyada olan bütün pulların yarısını onlar qazanır
05 İYUL
92

Dünyada olan bütün pulların yarısını onlar qazanır

2019-07-05 09:42:00

 Fins.az-ın məlumatına görə, dünyada ən yaxşı maaş alan  10%-lik təbəqə, qlobal olaraq bütün işçilərə ödənilən maaşların 48,9%-ni alır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Qlobal Əmək Gəlir Payı və Bölgü" hesabatı dərc olunub. Hesabata görə, dünyada ən yaxşı məvacib səviyyəsində çalışan 10%-lik təbəqə, bütün ölkələrdə bütün işçilərə ödənilən ödənişlərin 48,9%-ni alarır. Sonrakı ən yaxşı məvacibli 10%-lik təbəqə də bu pulların 20,1%-ini alır.

Qalan işçilərin (qlobal olaraq 80 faiz) ümumi ödənişlərin 31%-ini aldığı bildirilən hesabata görə, ən aşağı maaş səviyyəsində çalışan 50%-lik təbəqə maaşların yalnız  6,4%-ini evinə aparır.

 Hesabatda, dünyada ən aşağı maaş səviyyəsində çalışan təxminən 650 milyon işçi qlobal ödənişlərin yalnız  1%-ini aldığı və bunun son 13 ildə demək olar ki, dəyişmədiyi bildirilib.

BƏT-in hesabatına görə, dünyada ən yaxşı məvacib səviyyəsində çalışan 10%-lik təbəqə aylıq 7 min 445 dollar qazanır, ən aşağı maaş səviyyəsində çalışan 10%-lik təbəqə isə aylıq 22 dollar gəlir əldə edir.

2004 - 2017-ci illər arası maaş rəqəmləri istifadə edilərək hazırlanan hesabatda, dünyada ən yaxşı məvacib səviyyəsində çalışan 10 faizlik təbəqənin qlobal pullardan aldığı payın 2004-də  55,5% ikən, bu nisbətin 2017-də 48,9%-ə gerilədiyi də qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271