DÜNYA

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarının müddətini uzadıb
05 İYUL
90

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarının müddətini uzadıb

2019-07-05 09:39:00

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iyulun 31-də müddəti başa çatan iqtisadi sanksiyalarını rəsmən daha 6 ay uzadıb.

Fins.az Report-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının iyunun 4-də verilən açıqlamasında Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə qarşı sanksiyaları 2020-ci il 31 yanvar tarixinədək uzatdıqları bildirilir.

Sənəddə bu qərarın 20-21 iyun tarixlərində Aİ sammitində sanksiyaların bağlı olduğu Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmalarının həyata keçirilməsinə dair aparılan müzakirələrdən sonra verildiyi qeyd olunur.

Qeyd edək ki, 2014-cü ildə Avropa İttifaqı Ukraynanın şərqindəki hərbi münaqişə və Krım yarımadasının ilhaqı bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sonradan onların müddətini uzadıb, əhatəsini isə genişləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır