DÜNYA

Məşhur investordan qızılın qiyməti ilə bağlı gözlənilməz açıqlama
05 İYUL
98

Məşhur investordan qızılın qiyməti ilə bağlı gözlənilməz açıqlama

2019-07-05 09:38:00

Fins.az-ın məlumatına görə, məşhur investor Mark Mobius qızılın unsiyasının (31,1 qram) qiymətinin, faizlərin aşağı düşməsi, mərkəzi bankların qızıl alışlarına davam etməsi və geo-siyasi qeyri-müəyyənliklər ilə daha da bahalaşacağını bildirib. O, qızlın unsiyasının qiymətinin 1500 dollar səviyyəsini aşacağını qeyd edib.  "Franklin Templeton Investments"a 30 il işlədikdən sonra keçən il "Mobius Capital Partners LLP" şirkətini quran Mobius verdiyi müsahibədə, "Qızılı sevirəm" - deyib və qızılın daima bir portfeldə yer alması və ən azı 10%-lik bir paya sahib olması lazım olduğunu sözlərinə əlavə edib.

Qızıl 2019-cu ildə, investorların səngiyən qlobal iqtisadi inkişafdan narahat olmaları, ABŞ və Avropada pul siyasətinin yumşalacağına dair işarələr və pisləşən ticarət münaqişələrinə görə bahalaşıb və son altı ilin ən yüksək səviyyəsinə qalxıb.

Adətən mərkəzi bank faiz endirdikdə milli valyuta ucuzlaşır. Bu halda investorlar "etibarlı liman" olan qızıla üz tuturlar. 

25 İyunda qızılın unsiyasının qiyməti 1439.21 dollar ilə 2013-dən bu yana ən yüksək səviyyəsinə qalxmışdı. Qiymətli metal, Fed-in faiz endiriməyə hazır olmasına işarə etməsi və digər mərkəzi bankların yeni təşviqləri qiymətləndirmələri ilə əlaqdar olaraq bu il 10 faiz dəyər qazanıb. Qızıl 1500 dollar səviyyəsinin üzərinə sonuncu dəfə 2013-cü ilin Aprel ayında çıxmışdı. Hazırda qızılın unsiyasının qiyməti 1418 dollardır. 

Mobius yeganə yüksək profilli qızıl fanatı deyil. Treyder Paul Tudor Jones da qiymətin 1400 dolları keçdikdən sonra 1700 dollara qalxacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269