DÜNYA

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif New York Times-a müsahibə verib
05 İYUL
146

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif New York Times-a müsahibə verib

2019-07-05 07:47:00

Fins.az  "Bloomberg"-ə istinadən məlumat verir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif,ABŞ-In onun özünə yönəlmiş sanksiyalarıyla bağlı özünün xaricdə sərvəti ya da bank hesabı olmadığı üçün bir problem yaşamayacağını bildirib ancaq sanksiyalardan sonra ünsiyyət məhdudlaşdırmasının Vaşinqtonun sağlam qərar vermək müddətinə təsir edəcəyini vurğulayıb.Zərif Amerikanın New York Times qəzetinə e-mail -lə verdiyi müsahibədə ABŞ -İran gərginliyi,ABŞ-ın çəkildiyi nüvə müqaviləsi və ABŞ-ın onun özünə tətbiq edəcəyi sanksiyalarla bağlı dəyərləndirmələrdə sanksiyalarla bağlı fikir bildirib.
Sanksiyalar haqqında açıqlama
ABŞ -ın İrana ypnəlmiş sanksiyalarıyla yanaşı onun özünə də iqtisadi sanksiya tətbiq etməyə hazırlaşması ilə bağlı Zərif "Məni tanıyan hər kəs bikir ki, mənim ya da ailəmin İranın xaricində hər hansı mülküm yoxdur.Iranın xaricində bank hesabım belə yoxdur.Iran mənim bütün həyatımdır və bağlı olduğum tək yerdir.Bu səbəbdən sanksiyalarla bağlı şəxsi problemim yoxdur" deyə fikrini bildirib.
Özünə yönəlmiç hər hansı sanksiyanın onun əlaqələrini məhdudlaşdıra biləcəyinə işarə edən Zarif, "Bunun kimə xidmət etməsinə dair şübhələrim var.Bu tamailə Vaşinqtonda məlumatlı şəkildə qərar verilməsi ehtimalını məhtudlaşdıracaqdır" deyib

.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır