DÜNYA

Beynəlxalq Enerji Agentliyinin rəhbəri neftin qiyməti ilə bağlı gözləntilərini açıqlayıb
05 İYUL
147

Beynəlxalq Enerji Agentliyinin rəhbəri neftin qiyməti ilə bağlı gözləntilərini açıqlayıb

2019-07-05 01:51:00

Qarşıdakı dövrdə qlobal bazarda neft tədarükünə dair narahatlığın olmayacağına dair gözləntilər neftin mövcud qiymətinin 60 dollar/barrel civarında qalmasını dəstəkləyir. Fins.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bu fikirdədir.
O, ABŞ-ın neft istehsalında böyük üstünlüyə sahib olduğunu bildirib: “Qarşıdakı 10 ildə qlobal neft istehsalının yarısı Birləşmiş Ştatlarda formalaşacaq. Bu, ABŞ-ı neft sektorunda və xarici siyasətdə çox güclü bir ölkəyə çevirəcək. Hazırda ABŞ-da neft istehsalı yüksəkdir, lakin hasilatın bir hissəsi daxili istehlak üçün istifadə olunur. Lakin artan istehsalla əlaqədar ABŞ çox mühüm neft ixracatçısına çevriləcək. Bu, OPEC ölkələrinin istehsal və qiymət siyasətinə də ciddi təsir göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır