DÜNYA

Ukraynadan Polşaya gedən əmək miqrantlarının sayı 5 dəfə artıb
04 İYUL
93

Ukraynadan Polşaya gedən əmək miqrantlarının sayı 5 dəfə artıb

2019-07-04 15:50:00

"Son 5 il ərzində Ukraynadan Polşaya gedən əmək miqrantlarının sayı 5 dəfə artaraq 300 mindən 1 milyon yarıma çatıb".

Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Svetlana Krısa bildirib.

“2014-cü ilin başlanğıcından Polşaya gələn Ukrayna vətəndaşlarının sayının kəskin artımı müşahidə olunur”, - deyə S.Krısa qeyd edib. 

Onun sözlərinə görə, Polşada olan ukraynalılar əsasən fiziki işlə (tikinti, təmir işləri, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahəsi, zavod və fabriklərdə iş)  məşğul olurlar. 

Qeyd edək ki, bu ilin yanvarında Ukrayna Milli Bank rəhbərinin müavini Yekaterina Rojkova deyib ki, 2018-ci ildə Ukraynanın əmək miqrantları ölkəyə 11 milyard dollara yaxın gəlir gətiriblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271