DÜNYA

ABŞ-ın neft hasilatı ilə bağlı yeni məlumat
04 İYUL
106

ABŞ-ın neft hasilatı ilə bağlı yeni məlumat

2019-07-04 14:19:00

Birləşmiş Ştatların sutkalıq neft istehsalı azalıb.Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə 1,1 min barrel azalaraq gündəlik 12,2 milyon barrel səviyyəsinə düşüb. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Ölkədə gündəlik neftin istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda 12,2 milyon barrelə, apreldə 12,3 milyon barrelə, mayda 12,4 milyon barrelə yüksəlib, iyunda isə 12,2 milyon barrelə düşüb.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 929 min barrel artaraq gündəlik 7,58 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 780 min barrel azalaraq sutkada 299 milyon barrel olub.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,32 milyon barrel, gələn il isə 13,26 milyon barrel təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır