DÜNYA

OPEC-lə bağlı yeni kritik qərarların qəbul olunması gözlənilir
04 İYUL
74

OPEC-lə bağlı yeni kritik qərarların qəbul olunması gözlənilir

2019-07-04 09:43:00

“Böyük iyirmiliy”in (G20) Osaka sammitində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman (Mohammad ben Salman) və Rusiya prezidenti Vladimir Putin neft hasilatının azaldılması haqqında sazişin müddətini uzadıb. İranın neft naziri Bijan Namdar Zəngənə (Bijan Namdar Zangeneh) Səudiyyə Ərəbistanı ilə Rusiyanın unilateralizmini “OPEC” üçün əsas təhlükə adlandırıb. Rusiya tərəfdaşlığa təkcə dəyişkən dövrdə neft bazarını sabitləşdirmək məqsədilə iqtisadi birlik kimi nəzərdən keçirmir.  Səudiyyə Ərəbistanı ölkədə sabitliyi qoruyub saxlamaq üçün neft qiymətlərinin yüksək olmasında maraqlıdır. Rusiya öz növbəsində vəziyyəti “bir az boş buraxa bilər”.  Sibirdə hasil edilən neftin qiymətinin ucuz olduğunu nəzərə alsaq, bugünkü qiymətlər Putini qane edir. Belə bir qüvvələr balansı ilə əlaqədar Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri təhlükəli müdafiə vəziyyətindədir. Onlar artıq çoxdandır “OPEC+”-da sərnişin yeri tutublar, halbuki kartelin sükanı Rusiyanın əlinə keçib”

Artıq 25 ilə yaxındır dünya neft bazarının 30%-dən çoxu təşkilatın payına düşür. Alyans yalnız Rusiya və tərəfdaşlarının köməyi ilə 50%-lik paya daxil olur. Səbəb çox sadədir: şist nefti sahəsində yaşanan bum Birləşmiş Ştatları dünyanın ən böyük hasilatçı ölkələri səviyyəsinə yüksəlib”.

 “OPEC” böyük çətinliklə birlik nümayiş etdirə bilir. Tarixi boyu Asiya, Afrika və Amerika ölkələrini özündə birləşdirən bu təşkilat həmişə ən müxtəlif maraqların izini daşıyıb. Ancaq hələ heç vaxt “OPEC”-in ortaq məxrəci bu qədər kiçik olmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269