DÜNYA

ABŞ-ın büdcə kəsiri açıqlanıb -REKORD MƏBLƏĞ
03 İYUL
184

ABŞ-ın büdcə kəsiri açıqlanıb -REKORD MƏBLƏĞ

2019-07-03 22:54:00

Fins.az xəbər verir ki, ABŞ-ın xarici ticarət kəsiri may ayında 55.5 milyard dollar ilə ilin ən yüksək səviyyəsinə qalxıb ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, may ayı ərzində ölkənin xarici ticarət kəsiri 8.4% artımla 55.5 milyard dollara yüksəlib. Aprel ayı göstəricisi isə 50.8 milyard dollardan 51.2 milyard dollara dəyişdirilib. İxrac 2 faiz artımla 210.6 milyard dollara yüksəlib, idxal 3.3% artımla 266.2 milyard dollar təşkil edib. Çinlə ticarət kəsiri 12.2% artaraq 30.2 milyard dollara yüksəlib, Meksika ilə ticarət kəsiri 18.1% artımla 9.6 milyard dollar olaraq rekord qırıb. ABŞ ilə Çin arasındakı ticarət gərginliyi ticarət kəsirində "dalğalanmalara" səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027