DÜNYA

Gürcüstanda benzin bahalaşdı
03 İYUL
352

Gürcüstanda benzin bahalaşdı

2019-07-03 20:15:00

Gürcüstan milli valyutasının ABŞ dolları və digər valyutalar qarşısında ucuzlaşması yanacağın qiymətinin artmasına səbəb olub.Fins.az xəbər verir ki, ökənin yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiymətində artım müşahidə olunur. Bu gün “Regular” markalı benzinin qiyməti 5 tetri, digər növ benzin və dizelin qiyməti isə 3-6 tetri arasında artıb. Ekspertlərin fikrincə, qiymət artımı davam edəcək. Bu, təbii qaz və elektrik enerjisinin də qiymətlərinin bahalaşmasına səbəb olacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır