DÜNYA

Sellofan torbalarla bağlı QƏRAR: istifadə edən 67 min dollar cərimə ödəyəcək
03 İYUL
194

Sellofan torbalarla bağlı QƏRAR: istifadə edən 67 min dollar cərimə ödəyəcək

2019-07-03 16:19:00

Yeni Zelandiyada birdəfəlik istifadə üçün nəzərdə tutulan sellofan torbaların qadağası qanunu qüvvəyə minib.

Fins.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Ekologiya naziri Euqenie Saqe danışıb.

Nazir bildirib ki, qadağa çaylarda, axar sularda, yağış suyu sistemlərində və okeanlarda çirklənmənin qarşısını almaq üçün qəbul olunub: "Beləliklə, dəniz quşları, balıqlar, tısbağalar və dəniz məməliləri daha yaxşı yaşayacaq. Bu qadağa ölkənin zibillərlə mübarizəsində yeni addımdır. Yenidən istifadə olunması üçün nəzərdə tutulan torbalardan istifadəyə başlanacaq və milyonlarla təkistifadəlik torbaların zibilə çevrilməsinin qarşısı alınacaq".

Qanunu pozan marketlər 67 min dollar cərimə ödəməli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271