DÜNYA

Rusiyada miqrantlara yeni vergi tətbiq olunacaq
03 İYUL
85

Rusiyada miqrantlara yeni vergi tətbiq olunacaq

2019-07-03 13:05:00

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ölkədə müvəqqəti yaşayan və ya işləyən əcnəbi vətəndaşlar üçün yeni ödəniş müəyyənləşdirmək təşəbbüsünü irəli sürüb. Fins.az-ın məlumatına görə, müraciət yaxın günlərdə Əmək və İqtisadiyyat nazirliklərinə təqdim olunacaq. Hazırda Rusiya ərazisində müvəqqəti yaşamaq icazəsi üçün rüsum 1.600 rubl (43 manat), yaşayış üçün rüsum isə 3.500 rubl (94 manat) təşkil edir. Xarici İşlər Nazirliyinin mövqeyinə görə, miqrantlar üçün əmək patentlərinin məbləği ilə müqayisədə (bu məbləğ 30-60 min rubl, yaxud 8.007-1.615 manat təşkil edir) son dərəcə azdır. Qeyd edilib ki, yaşamağa və işləməyə icazəsi olan əcnəbilər sığorta haqqı ödəmədən sosial xidmətlərdən istifadə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027