DÜNYA

Estoniya alkoqol məhsullarına qoyulan aksiz vergisini azaldıb
03 İYUL
68

Estoniya alkoqol məhsullarına qoyulan aksiz vergisini azaldıb

2019-07-03 10:15:00

Estoniya bu həftədən etibarən aksiz vergisini 25 faiz aşağı salıb.

Fins.az xəbər verir ki, yeni qaydalar artıq qüvvəyə minib. Endirim bütün alkoqol məhsullarına, habelə pivə və sidrə şamil olunur. İndiyədək tətbiq olunan vergilərin həddən artıq yuxarı olduğunu deyən hökumət bunun iqtisadi zərbə olduğunu bildirib.

Estoniya Parlamentinin qəbul etdiyi digər qanun isə alkoqollu məhsulların mağazalarda ayrıca bir şöbədə satışı barədədir. Latviya da Estoniyanın bu qərarından sonra ölkədə aksiz vergisini 15 faiz aşağı salmağa məcbur olub.

azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027