DÜNYA

Putinin vizitkası satışa çıxarıldı
03 İYUL
183

Putinin vizitkası satışa çıxarıldı

2019-07-03 01:06:00

“Avito” elanlar saytında Rusiya prezidenti Vladimir Putinə məxsus vizitka satışa çıxarılıb.Fins.az “RİA Novosti”yə isitnadən xəbər verir ki, həmin vizitka Putinin Leninqrad meriyasında xarici əlaqələr komitəsinin sədrliyi dövrünə aiddir. Vizitkanı satışa çıxaran Viktor Pripisnova bu, Putini 30 il əvvəl tanıyan babasından qalıb.

Pripisnovun sözlərinə görə, babası vizitkanı şəxsən Putinin əlindən 1989-1990-cı illərdə Leninqrada səfəri zamanı alıb.

Vizitkaya hazırda təklif edilən maksimal məbləğ 55 min rubldur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır