DÜNYA

Tramp Vaşinqton küçələrinə tankları çıxaracaq
02 İYUL
91

Tramp Vaşinqton küçələrinə tankları çıxaracaq

2019-07-02 13:58:00

Vaşinqton küçələrində tankların nümayişi keçiriləcək. Fins.az-ın “CNN”ə istinadən verdiyi xəbərə görə, belə bir vədi vətəndaşlara Prezident Donald Tramp verib. Onun sözlərinə görə, bu, ABŞ-ın 4 iyul Müstəqillik Günü ilə əlaqədar keçiriləcək təntənəli paradı zamanı baş tutacaq.

Qeyd olunur ki, ümumilikdə 870 min dolların sərf olunacağı tədbirdə tanklarla yanaşı, digər zirehli maşınlar, eləcə də “Northrop B-2 Spirit” döyüş təyyarələri və “F-22” qırıcıları iştirak edəcək.

Bundan əlavə, təyyarələrin səmada şousu göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır