DÜNYA

Vladimir Zelenskinin bahalı görüşü
02 İYUL
104

Vladimir Zelenskinin bahalı görüşü

2019-07-02 10:51:00

Ukrayna prezidenti Vladimir Zelenski Kanadaya səfərə yollanıb.

Fins.az xəbər verir ki, onun görüşlərindən biri ödənişli olacaq.

Belə ki, iyulun 3-nə qədər nəzərdə tutulmuş səfərin son günündə Torontoda keçiriləcək görüş üçün bilet satışı nəzərdə tutulub.

V.Zelenski ilə ünsiyyətdə olmaq istəyənlər bunun qarşlığında qiyməti 89 dollardan 990 dollara qədər olan biletləri əldə etməli olacaqlar.

Qiymətlər yerlərin ümumi zalda və ya masa ətrafında olmasına görə fərqləndirilib.

Qeyd edək ki, ödənişlərin yüksək olmağına baxmayaraq, artıq bütün biletlərin satıldığı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır