DÜNYA

Gürcüstan elektrik enerjisinin idxal və ixrac proqnozunu azaldıb
25 İYUN
126

Gürcüstan elektrik enerjisinin idxal və ixrac proqnozunu azaldıb

2019-06-25 16:46:00

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ölkənin builki elektrik enerjisinin idxal və ixrac proqnozuna dəyişiklik edib.

Fins.az  xəbər verir ki, qonşu ölkə elektrik enerjisinin idxal həcmini 2,8 mlrd. kilovatt/saatdan 1,6 mlrd. kilovatt/saata qədər azaldıb.

Bununla belə, bu il Gürcüstanın idxal edəcəyi elektrik enerjisinin həcmi illik müqayisədə, təxminən, 7% artacaq.

İdxal proqnozuna dəyişikliyin edilməsi ölkədə elektrik enerjisi istehlakının azalması ilə əlaqədardır.

Gürcüstandan elektrik enerjisinin ixrac həcmi isə 696 mln. kilovatt/saatdan 426 mln. kilovatt/saata qədər azaldılıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 539,670 mln. kilovatt/saat elektrik enerjisi idxal edib.

Qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 614,10 mln. kilovatt/saat təşkil edib ki, bu həcmin də 87,88%-i Azərbaycanın payına düşüb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır