DÜNYA

Forbesin Zuckerberg-ə sensasion məktubu
25 İYUN
145

Forbesin Zuckerberg-ə sensasion məktubu

2019-06-25 16:16:00

Fins.azın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, "Forbes Media"-ın icraçı redaktoru Steve Forbes  sosial media nəhəngi Facebook-un yaradıcısı Mark  Zuckerberg-ə kripto valyuta Libra ilə bağlı açıq məktub ünvalayıb. Libranın 2020-ci ildə bazara çıxaracağı bildirilən  kripto valyuta Libra-nın böyük marağa və bir çox tənqidlərə səbəb olduğunu bildirən Forbes Zuckerberg-ə ümitsizliyə qapılmamağı tövsiyyə edib. “Özünə məxsus pul” fikrinin çoxdan mövcud olduğunu qeyd edərək  hava yolu şirkətlərinin mil proqramları veb tətbiqlərinə işarə edən Forbes  Zuckerberg-in libra mövzusunda kartlarını doğru oynayacağı təqdirdə avtomobil dünyası üçün Henry Ford nədirsə onun da valyuta və maliyyə sektoru üçün eynisi olabiləcəyini deyib.

Libranın əsirlər  əvvəlki sikkə və kağız pul kəşfləri ilə eyni sırada yer ala biləcəyini vurğulayan Forbes,Zuckerberg-in valyutasının qlobal pul olaraq ABŞ dollarının yerini tuta biləcəyinin qeyd edib. “Digər bütün kripto-valyutalardan hazırda öndə olmağınızın bir səbəbi dəyəri təminatlı olan pulun əsas əhəmiyyətinin fərqinə varmağınızdır” cümləsi də yer alan  məktubda kripto valyutaların çoxu həddindən çox volatil olduğuna görə spekulyativ vasitələrdir. Ancaq həqiqətdə mövcud kripto valyutaların “faydasız” olmasına diqqəti cəlb edib. Forbes “Ağlı başında olan heç kim Bitcoin-lə bağlı 24 saatdan daha uzun müddət üçün müqavilə yazmaz”  deyib.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027