DÜNYA

Özünü müdafiə məqsədilə silah saxlamağa icazə verildi
22 İYUN
2257

Özünü müdafiə məqsədilə silah saxlamağa icazə verildi

2019-06-22 22:41:00

Özbəkistan Ali Məclisinin Senatının plenar iclasında “Silah haqqında” Qanun qəbul edib. Fins.az-ın məlumatınagörə, bu Qanunla Özbəkistan vətəndaşlarına özünü müdafiə məqsədilə silah saxlamağa icazə verilir. Sənəddə bildirilir ki, xidməti silahları hüquqi şəxslər insanları və əmlakı müdafiə etmək üçün istifadə edə bilərlər. Hərbi silahlardan isə ancaq Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər strukturların əməkdaşları tərəfindən hərbi əməliyyatlar zamanı istifadə oluna bilər. Özünü müdafiə məqsədilə mülki silah saxlayan şəxs kütləvi tədbirlərə, ictimai yerlərə silah aparmamalıdır. Şəxs sərxoş olduqda, narkotik və digər uyuşdurucu qəbul etdikdə də silah gəzdirməsi qadağan olunur. Bildirilir ki, xidməti və mülki silahları əldə etmək Milli Qvardiya orqanında həyata keçiriləcək. İdman və özünümüdafiə məqsədilə silahlar 18, ov silahı isə 21 yaşı tamam olan şəxslərə 3 il müddətinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027