DÜNYA

FED sədrinin kritik açıqlamasından sonra dolların qiyməti kəskin dəyişdi
19 İYUN
815

FED sədrinin kritik açıqlamasından sonra dolların qiyməti kəskin dəyişdi

2019-06-19 23:33:00

ABŞ Mərkəzi Bankı-FED-in sədri Jerom Powell, Bankın İyun iclasının ardından mətbuat konfransında açıqlamalar verib. Powell, inflyasiyanın zəif qalmaqda davam etdiyini bildirib. Fins.az-ın "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, ,  Powell, Federal Açıq Bazar Komitəsində bir çox üzvün faiz endiriminin uyğun olduğunu düşündüyünü bildirib.FED-in gələn məlumatları yaxından izləyəcəyini bildirən Powell, qlobal iqtisadiyyatın gücü ilə bağlı narahatlıqların artdığını söyləyib.

 
FED sədri, "Zəifləyən əks axınlar son həftələrdə yenidən ortaya çıxdı", - deyib.

 
"Üzvlər inflyasiyanın 2%-ə doğru yavaşca hərəkət etdiyini görür", -deyən Powell, qeyri-müəyyənliklərə qarşı uyğun siyasət reaksiyasının müzakirə edildiyini ifadə edib. 

Powell, aşağı qlobal inkişafın dünyada inflyasiyanı zəiflətdiyini söyləyib və "Əks axınları yaxından izləyəcəyik. FED risklərin təsirini gözləyib görmək istəyir",- deyib. "İqtisadi artımı dəstəkləmək üçün alətlərimizi istifadə etməyə hazırıq". -deyən Pawell, sabit biznes investisiyalarının inkişaf etdirilməsinin lazım olduğunu bildirib."Qanuna görə dörd illik səlahiyyət müddətim var", -deyən Powell, müddəti tamamlamağa niyyətli olduğunu bildirib.

Jerom Powell, "Erkən hərəkət etməkdən çəkinməyə çalışcağız. Bütün mərkəzi banklar öz hədəflərinə fokuslanmışdır, - deyib. Powell, "Mümkün faiz endiriminin ölçüsünü hələ müzakirə etməmişik, faiz endirimi gələn məlumatlara və risklərdən asılı olacaqdır" deyib.

Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı-FED İyun iclasında gözənildiyi kimi faizi dəyişmədi. Faiz 2.25% – 2.50% aralığında sabit saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271