DÜNYA

Bu dəfə pilləkəndə açıqlama verdi - Putinə ismarış
18 İYUN
479

Bu dəfə pilləkəndə açıqlama verdi - Putinə ismarış

2019-06-18 14:39:00

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya rəsmi səfərindən öncə bu ölkənin məşhur “Bild” qəzetinə müsahibə verib.Fins.az xəbər verir ki,  Zelenski pilləkəndə əyləşərək jurnalistlərin siyasi mövzuda suallarını cavablandırıb.

O, müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşündən bəhs edərək görüşə “Donbass və Krım Ukraynanındır” cümləsi ilə başlayacağını bildirib:“Vladimir Putin ilk olaraq bunu bilməlidir: Donbass və Krım Ukraynanındır. Krım Ukraynadır. Və biz ümid edirik ki, onu yaxın zamanlarda geri qaytaracağıq. Mən Krımı çox sevirəm. Orada dəfələrlə olmuşam. Bu, öz təbiəti və tarixi ilə Ukraynada unikal ərazilərdən biridir. Həmişə Ukraynanın olub və olacaq”.

  Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027