DÜNYA

"Tramp 2020-də seçilsə Paueli təkrar Fed sədri təyin etməyəcək"
18 İYUN
132

"Tramp 2020-də seçilsə Paueli təkrar Fed sədri təyin etməyəcək"

2019-06-18 12:29:00

Keçmiş Fed sədrinin köməkçisi Stenli Fişer (Stanley Fischer), Tramp-ın 2020-ci ildə yenidən ABŞ Prezidenti seçilməsi vəziyyətində Fed sədri Cerom Paueli (Cerom Powell) təkrar Fed sədri təyin etməyəcəyini söyləyib. 

Fins.az xəbər verir ki, Fişer, "Bu vəziyyət çox fərqli bir pul siyasətinə gətirib çıxaracaq, bu səbəbdən Fed siyasət müəyyən etməkdə tam müstəqil olmayacaq" deyib. 

Fişer, Trampın Fed siyasətini tənqid edərək Pauel üçün "çox əlverişsiz bir vəziyyət" yaratdığını söyləyib və özünün də keçmişdə, 2005-2013 dövründə İsrail Mərkəzi Bankının sədri vəzifəsini icra edərkən bənzər bir vəziyyətlərlə qarşılaşdığını və çətin bir dövr keçirdiyini sözlərinə əlavə edib.

Tramp özünün seçərək təyin etdiyi Paueli dəfələrlə faizi yüksəltdiyi və iqtisadiyyata kafi dəstəyi təmin etmədiyi üçün tənqid edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır