DÜNYA

Türkiyə də ABŞ-ı sanksiya ilə hədələdi
14 İYUN
257

Türkiyə də ABŞ-ı sanksiya ilə hədələdi

2019-06-14 15:02:00

“Əgər ABŞ Türkiyə Rusiyadan “S-400” zenit-raket sistemlərini aldığına görə sanksiya tətbiq edəcəksə, o zaman biz də oxşar cavab tədbirləri görəcəyik”. Fins.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

XİN rəhbəri qeyd edib ki, bu mərhələdə müqavilənin ləğvi qeyri-mümkündür və müzakirə olunmur: “Biz istənilən məbləği ödəməyə hazırıq”.  

Diplomat “S-400”ün NATO üçün heç bir təhlükə yaratmadığını da sözlərinə əlavə edib. 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 iyunda verdiyi açıqlamada 4 ədəd, 2,5 milyard dollar dəyərindəki kompleksin iyulda təhvil veriləcəyini bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır