DÜNYA

İran tankerlərə hücumla bağlı ABŞ-ın ittihamlarını rədd edib
14 İYUN
76

İran tankerlərə hücumla bağlı ABŞ-ın ittihamlarını rədd edib

2019-06-14 10:38:00

İranın BMT yanında Daimi Nümayəndəliyi Oman körfəzində neft tankerlərinə hücumlarda iştirakla bağlı ABŞ-ın ittihamlarını qəti surətdə rədd edib.

Fins.az xəbər verir ki, bu barədə nümayəndəliyin bəyanatına istinadən "Reuters" agentliyi bildirib.

"İran iyunun 13-də (Oman körfəzində -red) baş vermiş neft tankerləri hadisələri ilə əlaqədar ABŞ-ın əsassız ittihamlarını qəti surətdə rədd edir və onları qəti surətdə pisləyir", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, cümə axşamı Oman körfəzində iki tanker yanıb. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272