DÜNYA

Bu gün onun günüdür
14 İYUN
112

Bu gün onun günüdür

2019-06-14 10:20:00

Fins.az -ın məlumatına görə,dünyanın ən böyük və güclü dövlətinə başçılıq edən prezidenti olmaqla yanaşı uğurlu bines adamı olan  Donald Trampın doğum günüdür. Onun haqqında məlumatı oxucuların diqqətinə çatdırırıq

Donald Tramp 1946-cı il 14 iyun tarixində ABŞ-ın Nyu-York ştatının Kunise şəhərində doğulub.

Atası Fred Krist Tramp, anası isə Meri Enn Maklauddur. Ata tərəfdən alman əsilli olan Trampın anası isə şotland ailənin qızıdır. Trampın iki bacısı, iki qardaşı var.

Orta məktəbi doğma şəhərində oxuyan Trampı daha sonra özəl hərbi internat məktəbə göndəriblər.

Öz biznes karyerasını atasının şirkətində başlayan Donald daşınmaz əmlak sahəsində fəaliyyət göstərib. Sinsinatti və Ohayoda çoxlu sayda daşınmaz əmlak əldə edən Tramp daha sonra bu əmlakı satışa çıxarır və 12 milyon dollar qazanır. Bunun 6 milyon dollarını atasının şirkətinə xalis gəlir kimi verən yeni biznesmen əldə etdiyi kapitalı götürərək Nyu-Yorka gəlir və məşhur Manhettendə yerləşir.

Nyu-Yorkda dövr edən böyük kapitalı görən Tramp bu şəhərə yerləşmək qərarına gəlir. İnşaat şirkəti quran Donald qısa müddət ərzində Nyu-Yorkun və Pensilvaniyanın iri inşaat layihələrini əldə edərək kapitalını artırır.

Onun şirkəti qısa müddət ərzində Nyu-Yorkun iri stansiyalarının, yollarının, körpülərinin tikintisini və yenidən qurulmasını həyata keçirir. Daşınmaz əmlak bazarında böyük pay sahibinə çevrilən Tramp daha sonra gələcəyin ən bahalı markalarından olan “Trump-Plaza” layihəsini həyata keçirir. Hazırda bu markanı satmaqla və bu marka altında fəaliyyət göstərən şirkətlərə şərik olmaqla Tramp hər il yüz milyonlarla dollar pul qazanır.

2008-ci il maliyyə böhranı

2008-ci ildə ABŞ iqtisadiyyatını vuran maliyyə böhranı həmin il Trampa Beynəlxalq hotel və Tramp qülləsini satmağa ciddi maneə törətdi. Satışın ləngiməsi Trampın alman “Deutsche Bank”ına 40 milyon dollar borcunun yaranmasına gətirib çıxardı. Daha sonra Trampa məxsus bir neçə şirkət rəsmən öz iflasını elan etdi. 2013-cü ildə Moskvaya gələn Tramp burada təşkil etdiyi “Dünya gözəli – 2013” yarışması ilə yenidən dünya mediasının gündəminə gəldi.

Preziden seçkiləri

2015-ci ildə isə rəsmən prezident olmaq istədiyini elan edərək kampaniyaya başladı. Seçkiqabağı kampaniyanın gedişi zamanı əksər analitiklərin uduzacağını proqnozlaşdırdıqları Donald Tramp hər kəsi şoka saldı. İlk olaraq Respublikaçıların tək namizədi uğurunda mübarizəni qazanan Tramp dünyanın super gücü olan Amerika Birləşmiş Ştatlarının prezidentidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272