DÜNYA

Pompeodan İrana qarşı ittiham
14 İYUN
128

Pompeodan İrana qarşı ittiham

2019-06-14 09:40:00

ABŞ Xarici İşlər naziri Mayk Pompeo Oman körfəzində iki neft tankerinə edilən hücuma görə İranı günahlandırıb.Fins.az xəbər verir ki, o, hücumu təxribat adlandırıb: 

“Hücumda istifadə edilən silaha və peşəkarlığa baxanda, İranın günahkar olduğunu görürük. Bölgədə belə qarışıq hücum təşkil edəcək qaynaq və bacarığa sahib hər hansı bir qrup yoxdur. Bu, İranın ABŞ və ortaqlarına qarşı etdiyi hücumlardan sadəcə, biridir. Bu təxribat beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır