DÜNYA

Tramp Almaniyanı sanksiya ilə hədələyib
13 İYUN
120

Tramp Almaniyanı sanksiya ilə hədələyib

2019-06-13 14:40:00

ABŞ Prezidenti Donald Tramp, Merkel hökumətinə Rusiyanın boru xətti layihəsini dəstəkləməsi səbəbilə sanksiya xəbərdarlığını edib. 

ABŞ Prezidenti Donald Tramp, Angela Merkelin (Almaniyanın Baş naziri) Rusiyanın boru xəttini dəstəkləməyə davam etməsilə əlaqədar olaraq Almaniyaya qarşı tənqidlərini artırıb.

Almaniyanın "Şimal Axını 2" layihəsinə dəstəyinə görə təhdidini təkrarlayan Tramp, layihəni "blok" edəcək sanksiyalar düşündüyünü söyləyib və Berlini Moskvadan asılı vəziyyətə düşəcəyi barədə xəbərdar edib.

Bununla bərabər, ABŞ mayeləşdirilmiş təbii qazı (LNG) Almaniyaya ixrac etmək istəyir.

Tramp jurnalistlərə verdiyi açıqlamada, "Biz Almaniyanı Rusiyadan qoruyuruq, Rusiya Almaniyadan milyardlarla dollar pul alır" deyib. 

Bu açıqlamalar son illərdə ABŞ-Almaniya əlaqələrinin necə sarsıldığını göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263