DÜNYA

ABŞ-ın xam neft ehtiyatlarında sürpriz artım
13 İYUN
116

ABŞ-ın xam neft ehtiyatlarında sürpriz artım

2019-06-13 14:29:00

ABŞ-ın kommersiya (satış üçün) xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 2,2 milyon barel artıb. Ehtiyatların 1 milyon barel düşməsi gözlənirdi. 

Fins.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə 2,2 milyon barel (0,5%) artaraq 485,5 milyon barelə yüksəldiyini açıqlayıb. Xam neft ehtiyatları bir əvvəlki həftə 6,8 milyon barel artım qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə bir əvvəlki həftə ilə müqayisədə dəyişiklik göstərməyərək 644,8 milyon bareldə qalıb. 

ABŞ-ın benzin ehtiyatları da keçən həftə 800 min barel artaraq 234,9 milyon barelə yüksəlib. Benzin ehtiyatları bir əvvəlki həftə 3,2 milyon barel artmışdı.

Ölkənin xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 98 min barel azalıb.  1-7 İyun həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 12,3 milyon barel səviyyəsində reallaşıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272