DÜNYA

ABŞ-ın büdcəsində proqnozdan çox kəsir yaranıb
13 İYUN
99

ABŞ-ın büdcəsində proqnozdan çox kəsir yaranıb

2019-06-13 13:02:00

ABŞ-ın federal büdcədə may ayında 185,5 milyard dollar olan proqnozdan çox - 208 milyard dollar kəsir yaranıb. Fins.az "Bloomberg"-ə istinadən məlumat verir ki, bu, may ayında müşahidə olunan  ən böyük büdcə kəsiridir. May ayında büdcə xərcləri 2018-ci ilin eyni ayındakı 364 milyard dollardan 440 milyard dollara yüksələrkən, gəlirlər isə 217 milyard dollardan 232 milyard dollara qalxıb.

1 Oktyabr 2018-də başlayan maliyyə ilinin ilk 8 ayı üzrə büdcə kəsiri isə 739 milyard dollar olub. Keçən ilin eyni dövründə kəsir 532 milyard dollar idi.

 Müəllif: Aynur Qəniyeva  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264