DÜNYA

Müqaviləsiz "Brexit" barədə növbəti kritik açıqlama
13 İYUN
124

Müqaviləsiz "Brexit" barədə növbəti kritik açıqlama

2019-06-13 11:29:00

Fins.az-ın məlumatına görə, Böyük Britaniyada istehsalçılar müqaviləsiz Brexit-in iqtisadi intihar olduğunu bildiriblər.İstehsalçılar Birliyinin baş iqtisadçısı Simus Nevin deyib ki, heç bir müqavilə olmadan Avropa İttifaqını tərk etmək iqtisadi intihara aparır. O, siyasətdə yaranan qeyri-müəyyənliyin iqtisadiyyata da güclü təsir etdiyini bildirib, neçə-neçə iş yerinin bağlanacağını və yüzlərlə insanın işsiz qalacağını vurğulayıb.

Qeyd edək ki, Britaniyada Baş Nazir vəzifəsinə ən güclü namizəd Boris Conson ölkənin Avropa İttifaqını müqaviləsiz tərk edə biləcəyini açıqlayıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır