DÜNYA

Tramp G-20 əvvəli ticarət razılaşmasını şəxsən gecikdirdiyini açıqlayıb
12 İYUN
90

Tramp G-20 əvvəli ticarət razılaşmasını şəxsən gecikdirdiyini açıqlayıb

2019-06-12 16:19:00

ABŞ Prezidenti Donald Tramp, Çin ilə tamamlanamayan ticarət razılaşmasını, ilin əvvəlində üzərində müzakirə aparılan şərtlərə Pekin geri dönmədiyi müddətcə şəxsən gecikdirdiyini söyləyib. 

Fins.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada, "Bu an razılaşmanı gözlədən mənəm. Çin ilə ya mükəmməl bir müqavilə bağlayacağıq ya da heç bir müqavilə bağlamayacağıq" deyib. 

Ötən ay ABŞ Çini ticarət müzakirələrində öhdəliklərini reallaşdırmamaqla günahlandırmış və danışıqlar iflasa uğramışdı.

Tramp mövzuya dair "Çin ilə bir razılaşmamız vardı. Çin o razılaşmaya geri dönmədiyi müddətcə maraqlanmıram" deyib. 

Trampın ticarət müharibəsinə dair açıqlamaları, Çin Dövlət başçısı Xi Jinpingin Yaponiyada bu ayın sonunda keçiriləcək G-20 Liderlər zirvəsində ozü ilə görüşməməsi halında vergilərin yüksəldiləcəyini bildirməsinin ardından gəldi. Tramp jurnalistlərə etdiyi açıqlamada, 300 milyard dollarlıq Çin məhsulu üçün gömrük tariflərini 25% ya da  25%-dən daha yüksək bir səviyyəyə qaldıra biləcəyini demişdi. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269