DÜNYA

Türkiyə Bosfor boğazını bağladı
12 İYUN
386

Türkiyə Bosfor boğazını bağladı

2019-06-12 14:40:00

Türkiyə Bosfor boğazını gəmilərin hərəkəti üçün bağlayıb.

Fins.az-ın Trend-ə istinadən məlumatına görə, boğaz yerli vaxtla səhər saat 09:13-dən etibarən bağlanıb.

Boğazın gəmilər üçün bağlanmasının səbəbi isə müşahidə olunan sıx duman olub.

Boğazın açılacağı vaxt barədə məlumat verilməyib.

Qeyd edək ki, sonuncu dəfə Bosfor boğazı sıx duman səbəbi ilə martın 30-da bağlanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263