DÜNYA

Ərdoğan sabah Nazirlər Kabinetini toplayır – SƏBƏB?
12 İYUN
164

Ərdoğan sabah Nazirlər Kabinetini toplayır – SƏBƏB?

2019-06-12 14:37:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Nazirlər Kabinetini Ankaranın Beştəpə vilayətində toplayacaq.

Fins.az-ın məlumatına görə, toplantının əsas gündəmini ABŞ-la gərginliyə yol açan S-400 havadan müdafiə sistemlərinin alınması təşkil edəcək.

S-400-lə bağlı ABŞ-dan gələn məktubla yanaşı, F-35 gərginliyi, iqtisadi inkişaf, terrorla mübarizə əməliyyatları və İstanbul seçkilərinin detalları müzakirə ediləcək.

Kabinetdə ABŞ müdafiə nazirinin vəkili Patrik Şanahanın Milli müdafiə naziri Hulusi Akara göndərdiyi S-400 və F-35-lə bağlı məktubundan sonra Türkiyənin davranışı və atacağı addımlar müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır