DÜNYA

G20 transmilli şirkətlərin "vergi oyununa" son qoymaq üçün razılığa gəlib
11 İYUN
94

G20 transmilli şirkətlərin "vergi oyununa" son qoymaq üçün razılığa gəlib

2019-06-11 14:36:00

Yaponiyanın Fukoko şəhərində  keçirilən G20 ölkələrinin maliyyə nazirlərinin və mərkəzi banklarının təmsilçilərinin iştirak etdiyi iki günlük topantının nəticəsi olaraq 14 maddəlik yekun bəyannamə açıqlanıb. Fins.az-ın məlumatına görə, G20 ölkələrinin maliyyə nazirləri "Facebook", "Google", "Amazon" kimi iri texnoloji şirkətlərin pul qazandıqları ölkələrdə vergi öhdəliklərini azaltmaq üçün istifadə etdikləri qanun boşluqlarını aradan qaldırmaq üçün "qlobal ortaq qaydaların qəbul edilməsi" məsələsində razlığa gəliblər.

Ədalətli, davamlı və modern bir beynəlxalq vergi sistemi üçün G20 ölkələri arasında əməkdaşlığın davam etdiriləcəyinin vurğulandığı sənəddə irəliləyişi təşviq edən vergi siyasətlərini irəli aparmaq üçün beynəlxalq əməkdaşlığın məmnunluqla qarşılandığı bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269