DÜNYA

Son bir ildə 849 nəfərə Gürcüstan vətəndaşlığı verilib
11 İYUN
89

Son bir ildə 849 nəfərə Gürcüstan vətəndaşlığı verilib

2019-06-11 12:09:00

Gürcüstanda ötən ilin avqustundan bu ilin iyun ayının 6-na qədər 849 nəfərə ölkə vətəndaşlığı verilib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mixeil Sarcveladze parlamentin Diaspor və Qafqaz məsələləri komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, həmin dövrdə 1 065 şəxsin Gürcüstan vətəndaşlığını alması ilə bağlı müraciəti təmin olunmayıb.

Hesabat dövründə Gürcüstan vətəndaşlığının saxlanılması ilə bağlı 5 565 müraciət daxil olub ki, onların 3 372-si təmin olunub, 637 şəxs isə imtina cavabı alıb.

M.Sarcveladze bildirib ki, vətəndaşlığın bərpa olunması ilə bağlı daxil olan 2 967 müraciətin isə 1 482-si təmin edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269