DÜNYA

Qazın ucuz olduğu ölkələrin reytinqi açıqlanıb
11 İYUN
150

Qazın ucuz olduğu ölkələrin reytinqi açıqlanıb

2019-06-11 11:53:00

Avropada bir aylıq orta maaş ilə təbii qaz ən çox Lüksemburq vətəndaşları tərəfində istehlak olunur.Bu barədə fins.az "RBC"-ya istinadən məlumat verir . Məlumatda bidlrilir ki, Lüksemburq xalqı orta aylıq əməkhaqqı ilə ayda 7 min 900 kubmetr qaz ala bilir. İkinci yerdə 7 min 500 kubmetrlə həm maaş, həm də təbii qaz qiymətinin ucuz olduğu Qazaxıstan qərarlaşıb. Rusiya isə 6 min 700 kubmetrlə üçüncüdür. Sonrakı yerləri Böyük Britaniya, Almaniya, Belçika, İrlandiya, Avstriya, Hollandiya və Danimarka tutub.

Siyahıda sonuncu yerdə olan Ukraynada orta maaş ilə əldə edilən qazın miqdarı 1000 kubmetrdən bir az çoxdur. Moldova, Bolqarıstan və Serbiya kimi ölkələr isə 1200 kubmetrə yaxın göstərici ilə aşağı sıralarda qərarlaşıb.

Təbii qaz ən baha qiymətə istehlak edən ölkə isə İsveçrədir. İtaliya, Danimarka və İspaniya da təbii qazın qiyməti nisbətən baha olan ölkələrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272