DÜNYA

İran zənginləşdirilmiş uran istehsalını artırıb
11 İYUN
139

İran zənginləşdirilmiş uran istehsalını artırıb

2019-06-11 10:39:00

kimi, zənginləşdirilmiş uran istehsalını artırıb.

Bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano təsdiqləyib.

O bildirib ki, istehsalat tempinin artmasına baxmayaraq, bu, 2015-ci il Vyana Sazişinin şərtlərinin pozulması mənasına gəlmir. Çünki istehsal heç də həmişə eyni tempdə davam etmədiyinə görə, indiki artımla zənginləşdirilməsinə icazə verilən uranın ən yüksək həddə çatmasını söyləmək çətindir.

Təşkilatdan, həmçinin bildirilib ki, rəsmi Tehran mayın 20-də Mərkəzi İranda yerləşən Natanz nüvə mərkəzində uran istehsalını dörd dəfə artırıb. BAEA-nın ən yeni hesabatına əsasən, həmin tarixədək İran nüvə anlaşmasının bütün şərtlərinə əməl edib. Buraya uranın zənginləşdirilməsində icazə verilən ən yuxarı həddə əməl olunması və anbarlarda saxlanan uran və ağır suyun (D2O) miqdarının normanı keçməməsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır