DÜNYA

Bu iki ölkə rəsmiləri Arktikada qaz çıxarmaqla bağlı razılığa gəlib
11 İYUN
108

Bu iki ölkə rəsmiləri Arktikada qaz çıxarmaqla bağlı razılığa gəlib

2019-06-11 09:58:00

Yaponiya və Rusiyanın ikitərəfli iqtisadi əməkdaşlığa məsul nazirləri Arktikanın Rusiyaya aid hissəsində böyük qaz hasilatı layihəsinə yapon şirkətlərinin də cəlb edilməsi barədə razılığa gəliblər.Fins.az-ın məlumatına görə, Yaponiyanın Rusiya ilə iqtisadi əməkdaşlıq naziri Hiroşiqe Seko Tokioda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb. Müzakirələrin əsas məqsədinin iyunun sonunda Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində Baş nazir Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünün təşkili olduğu bildirilir. H.Seko rusiyalı nazirə deyib ki, Yaponiya şirkətləri ümumi dəyəri təqribən 28 milyard dollar olan təbii qazın hasilatı layihəsinin səhmlərinin 10 faizini əldə etmək niyyətindədir. O, həmçinin qeyd edib ki, nəhəng “Mitsui” şirkəti də daxil olmaqla yapon şirkətləri layihəyə qatılmaq üçün hazırlığın son mərhələsindədir.

M.Oreşkin Yaponiya şirkətlərinin bu layihəyə qoşulacağına ümidvar olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır