DÜNYA

Tramp: Fed məni dinləmədi, səhv etdi
11 İYUN
161

Tramp: Fed məni dinləmədi, səhv etdi

2019-06-11 09:44:00

ABŞ Prezidenti Donald Tramp, CNBC televiziyasına verdiyi açıqlamasında, "Fed məni dinləmədi, səhv etdi" deyib və Fed-in "çox dağıdıcı" olduğunu söyləyib.

Fins.az xəbər verir ki, Çin ilə ola biləcək bir ticarət razılaşması mövzusunda, "Çin müqavilə bağlayacaq, çünki bunu etmək məcburiyyətində qalacaqlar" deyən ABŞ Prezidenti, ola biləcək bir razılaşmanın müvəffəqiyyətli olacağını söyləyib.

Tramp, Çinin milli pulunu devalvasiya etdiyini də bildirib. 

ABŞ ilə Meksika arasında keçən Cümə açıqlanan razılaşmaya toxunan Tramp, ABŞ-ın şüurlu olaraq razılaşmanın bir hissəsini müzakirə etmədiyini, söz mövzusu qisimin ABŞ üçün "çox əhəmiyyətli bir vasitə" olduğunu ifadə edib.

ABŞ Prezidenti, Yaponiyada bu ay;n sonunda keçiriləcək G - 20 zirvəsində Çinli həmkarı ilə görüşə ümid etdiyini, iki tərəfin razılaşmaya çata bilməməsi halında Çin idxalına verginin artırılacağını dilə gətirib.

ABŞ Prezidenti Huawei-nin Çin ilə ABŞ arasındakı ticarət danışıqlarının bir hissəsi ola biləcəyini vurğulayıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır