DÜNYA

“Facebook” öz kriptovalyutasını “Libra” adlandırılacaq
10 İYUN
135

“Facebook” öz kriptovalyutasını “Libra” adlandırılacaq

2019-06-10 11:40:00

“The Information” nəşrinin məlumatına görə, “Facebook” sosial şəbəkəsi 2019-cu ilin iyununda öz kriptovalyutasını təqdim etmək niyyətindədir və sözügedən kriptovalyuta “Libra” adlandırılacaq.Fins.az xəbər verir ki,  “dövlət valyutası qeyri-sabit olan inkişaf etməkdə olan ölkələr” üçün nəzərdə tutulacaq gələcək kriptovalyuta ilə “Messenger” və “WhatsApp” daxil olmaqla müxtəlif sosial şəbəkə xidmətlərində ödəniş etmək mümkün olacaq. Həmçinin bildirilir ki, sosial şəbəkə “Libra” kriptovalyutasını qəbul edən fiziki ödəniş terminalları şəbəkəsi yaratmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır