DÜNYA

Kadırov illik gəlirini açıqladı
09 İYUN
703

Kadırov illik gəlirini açıqladı

2019-06-09 22:12:00

Çeçenistan lideri Ramzan Kadırov illik gəliri və sərvəti ilə bağlı deklarasiya dərc etdirib.Fins.az-ın məlumatına görə,  Çeçenistan administrasiyasının saytında dərc olunan deklarasiyada Kadırovun 2018-ci ildə 7.58 milyon rubl qazandığı göstərilib. Bu göstərici Kadırovun 2017-ci ildəki gəlirindən 700 min rubl çox olub.

Məlumata görə, Kadırov 2344.3 kvadratmetrlik mənzilə sahibdir. Bundan əlavə Çeçenistan lideri, arvadı və 11 azyaşlı uşaqlarının istifadəsində 300 kvadratmetrlik daha bir ev var. Kadırovun arvadının ötən il əldə etdiyi gəlir 60 min rubla bərabər olub. O, 209.8 kvadratmetrlik mənzilin sahibi kimi də göstərilib.

Bununla yanaşı, Ramzan Kadırovun yetkinlik yaşına çatmamış uşaqlarından biri ötən il ərzində 210.8 min rubl qazanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272